İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir”in bu görüntüləri REKORD QIRDI - VİDEO

“Kanal D”nin fenomen serialı “Uzak şehir” ötən gecə (2 iyun) sezon finalı ilə ekranlara fasilə verib.

Musavat.com xəbər verir ki, yayımlanan kimi tamaşaçıların böyük rəğbətini qazanan “Uzak şehir” qısa zamanda reytinq rekordları qıran seriala çevrilib.

Ozan Akbaba və Sinem Ünsalın ecazkar harmoniyasını izlədiyimiz “Uzak şehir” dünən axşam (2 iyun) yayımlanan 28-ci bölümü ilə ekranlara fasilə verib.

Alya ilə Cihan arasında düz 28 seriyadır gözlənilən öpüşmə nəhayət final səhnəsində baş tutub. Balaca Cihan Dənizlə bir daha Kanadaya getməyə qərar verən Alyanı yenə son anda Cihan saxlayıb.

“Uzak şehir”in mövsüm finalındakı öpüşmə səhnəsi sosial mediada müzakirələrə səbəb olub. Cihanla Alyanın hava limanındakı öpüşməsi sosial mediada viral olmağı bacarıb.

İzləyicilər cütlüyün bu səhnəsini çoxdan gözlədiklərini bildiriblər. Digər kəsim isə səhnənin təbii alınmadığını vurğulayıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR