İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp”dan çoxdan gözlənilən YENİLİK

“WhatsApp”dakı dəyişiklik insanlarda çaşqınlıq yaradıb.

Hazırda tətbiqdə bəzi insanların profil fotosu əvəzinə onların ad və ya soyadlarının baş hərfi görünür.

Belə ki, əgər bir istifadəçi profilinə şəkil yükləməyibsə, “WhatsApp” avtomatik olaraq onun adının və ya telefon nömrəsinin kontakt adına uyğun ilk hərfini dairə içərisində göstərir.

Bundan başqa, bu, təkcə profil şəkli yükləməyənlərə aid deyil. Həmçinin, profil fotosunu yalnız kontaklar üçün seçənlərə də aiddir. Yəni istifadəçinin profil fotosu yalnız kontaktlar üçün seçilibsə, kontakda olmayan şəxsə yenə də onun adının baş hərfi görünəcək.

Qeyd edək ki, bu, tətbiqin son beta yenilənməsindən sonra dizayndakı dəyişikliklə bağlıdır. Yəni hər hansı texniki problemlə bağlı deyil. (Sfera.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR