İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalq artistləriniz bikinidə çıxır” – “Pişik Günel” bu dəfə kimi hədəfə aldı?

“Geyim əxlaq ölçüsü deyil”.

Bu sözləri tanınmış müğənni “Pişik Günel” adı ilə məşhurlaşan Günel Ələkbərova qatıldığı məclislərin birində səsləndirib.

O, geyiminə sataşanlara xalq artistlərinin stilindən söz açıb:

“Deyir geyimə görə qarşılayırlar, ağla görə göndərirlər, yola salırlar. Amma əlbəttə ki, çərçivə içində olmalıdır. Düşünürəm ki, geyim insana yaraşmalıdır. Xalq artistləriniz bikinidə çıxır. Biz də paltar geyinirik”.

Qeyd edək ki, son zamanlar xarici görünüşündə dəyişikliklər edən müğənni müxtəlif vaxtlarda bıçaq altına yataraq bir sıra estetik əməliyyatlar keçirib. İzləyiciləri rəylərdə iddia edirlər ki, o açıq-saçıq geyinməklə yeni fiqurasını nümayiş etdirir. Bəziləri ona bu cür tərzi yaraşdırsa da, tənqid edənlər də az deyil.   (Yenisabah.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR