İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə hərbçilərin yürüşü keçirildi - VİDEO

Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

Yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.

Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla dinləyib.

Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR