Onlayn ictimai-siyasi qəzet
Müğənni Xatun Əliyeva ilk dəfə duet ortağı Cəzahirlə bağlı yayılan eşq iddialarına münasibət bildirib.
Musavat.com-un məlumatına görə, o, məsələni “Elgizlə izlə” verilişində şərh edib. Xatun qeyd edib ki, bu cür söz-söhbətlər əksər hallarda duet ortaqlarına qarşı ortaya atılır:
“Həmişə duet ortaqları ilə bağlı belə sözlər deyilir. Mənim fikirlərimə hörmətlə yanaşın. Biz sadəcə biznes partnyoruq. Nə bu xəbərləri təsdiqləyirik, nə də tam şəkildə təkzib edirik. Kimə necə xoşdursa, elə də qəbul etsin”.
Xatun Əliyeva həmçinin vurğulayıb ki, onun üçün əsas olan sənətidir və şəxsi həyatını gündəmə gətirməyi sevmir.
Cəzahir isə qısa açıqlamasında Xatunla yaxşı dost olduqlarını söyləyib. O, şəxsi münasibətlərlə bağlı müzakirələrə girməyi düzgün saymadığını bildirərək, məsələyə daha çox toxunmaq istəməyib.
Beləliklə, hər iki tərəf iddiaları nə tam təsdiqləyib, nə də təkzib edib. Onlar münasibətlərini dostluq və əməkdaşlıq çərçivəsində gördüklərini dilə gətiriblər.
Könül
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ