Onlayn ictimai-siyasi qəzet
Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.
Musavat.com xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl rejim 1 iyul saat 06:00-dək qüvvədə idi.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ