İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ya bizim olacaq, ya da qadağan edəcəyik” - Trampın TikTok tələbi

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, TikTok-un qadağan olunmasını baədə qərarını o şərtlə təxirə salmağa hazırdır ki, kimsə tətbiqin nəzarətini amerikalı investorlara ötürmək üçün sövdələşmənin tamamlanmasına kömək etsin.

Musavat.com xəbər verir ki, o, bu barədə NBC telekanalında bildirib.

Tramp hələ də TikTok-u amerikalı investorlara satmaqda israr etdiyini, lakin danışıqları sürətləndirərsə, çeviklik nümayiş etdirməyə hazır olduğunu söyləyib. O, xüsusilə gənclər arasında populyarlığına görə proqram üçün "ürəyində bir az isti yer" olduğunu qeyd edib.

Tramp hələ 2019-cu ildə milli təhlükəsizliyə təhdid olduğunu əsas gətirərək TikTok-a təzyiq göstərməyə təşəbbüs edib. Daha sonra ABŞ Konqresi ByteDance-dan bu xidməti Amerika şirkətlərinə satmağı və ya bazarı tərk etməyi istəyib. İlkin son tarix 2025-ci ilin yanvarına təyin edilib, lakin sonradan aprel ayına təxirə salınıb.

Tramp artıq bu ilin yazında qanunu iki dəfə təxirə salıb və uğurlu razılaşma müqabilində Çinə ticarət güzəştlərini nəzərdən keçirdiyini bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR