İnsanlara hürriyət, millətlərə istiqlal!

Yadigar Muradovun vəziyyəti yenidən pisləşdi: Qanında infeksiya aşkarlandı

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti yenidən pisləşib.

Bu barədə Musavat.com-a aktyorun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, atası yarımkoma vəziyyətindədir:

“Atam süni tənəffüs aparatına qoşulub. Huşu gedib-gəlir. Bir müddət əvvəl onun vəziyyəti düzəlsə də, yenidən pisləşdi. Hazırda bədəi gücsüzdür. Qanında infeksiya yenidən aktivləşib. Antibiotiklər mikrobu məhv edə bilmir. Ona sepsis diaqnozu qoyulub”.

Qeyd edək ki, tanınmış aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur. O, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR