İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yanğını 50 min borcla izlədim” - TIR-ı kül olan azərbaycanlı (VİDEO)

Tbilisidə iki TIR yanaraq məhv olub. Hadisə iyulun 17-də axşam saatlarında baş verib.

Musavat.com xəbər verir ki, yanan TIR-lardan biri Yunus adlı Azərbaycan vətəndaşına məxsus olub.

Yanğının hansı səbəbdən baş verdiyi hələ bilinmir. TIR-lar dayanacaqda olan zaman yanğın başlayıb. Digər yük maşınları ərazidən çıxarıldığı üçün ziyanın miqyası böyüməyib.

TIR-ı yanan azərbaycanlı Yunus adlı şəxs bu barədə məlumatı sosial şəbəkələrdən öyrənib. O, yanğınla bağlı videoların sosial şəbəkələrdə yayılması ilə yük maşınının yandığını öyrənib.

Onun hadisəyə verdiyi şərh belə olub: “Heç nə… Yanğını 50 min manat borcla izlədim”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR