 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Yaponiyada həm uzağı, həm də yaxını görmə problemi olanlar üçün uyğun olan avtomatik fokuslu texnoloji eynəklər satışa çıxarılıb.
Musavat.com xəbər verir ki, "ViXion" şirkəti görmə qabiliyyətinə uyğunlaşan ikinci nəsil "ViXion01S" eynəklərini təqdim edib.
Bu motorlu linzalar fokus məsafəsini 5 sm-dən “sonsuzluğa” qədər tənzimləyə bilir. Dioptriya aralığı isə −10-dan +10-a qədərdir.
Cihaz çərçivə ilə birlikdə cəmi 47 qram ağırlığındadır və USB-C vasitəsilə enerji yığır. Elektrikə qoşulmadan 15 saata qədər işləyə bilir. Yeni məhsulun qiyməti 500 dollardır.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ