İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudi İsakovu ermənilər niyə öldürmək istəyir? - ŞOK detal

Kapitulyant Ermənistanın siyasi qüvvələri ölkənin normal gələcəyi ilə bağlı yeganə doğru seçimə heç cür gələ bilmir. Bu yöndə Nikol Paşinyanın hakimiyyətinin kövrək səyləri, o sırada uydurma erməni soyqırımını ehtiyatlı təftiş cəhdləri isə radikal-revanşistlər tərəfindən dərhal süngü ucunda qarşılanır.

Bəs cəmiyyət? O, öz gələcəyi, sabahı barədə nə düşünür, hansı tərəfi dəstəkləyir? Bu suallar açıq qalır...

Bu arada Ermənistan parlamentində əlbəyaxa davaya gətirən növbəti insident yaşanıb. Səbəb də nə olsa yaxşıdır? Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan daşnakların saxta soyqırımın inkarı qadağan edən qanun layihəsi ilə bağlı bir xatırlatma edib. Deyib ki, Osmanlıdakı 1915-ci il olaylarından 3 il sonra “Daşnaksütyun” Türkiyə ilə sülh və dostluq müqaviləsi imzalayıb.

“Heç kim bunu inkar eləmir. 110 ildən sonra siz ikiüzlülüklə “soyqırımı”nın inkarını cinayət sayan qanun layihəsini gündəmə gətirmək istəyirsiniz”, - Koncoryan ironik formada bildirib. Ardınca hakim partiya deputatları ilə radikal-müxalifət “Ermənistan” fraksiyasının üzvləri arasında dava düşüb.

Bu didişmə-boğuşma nədən xəbər verir və kimin xeyrinə bitəcək? Erməni əhali belə olaylardan özünə hansı dərsi götürür, hansı siqnallar alır? Nəhayət, bu, Nikol Paşinyan hökumətinin Azərbaycan və Türkiyə ilə barışıq prosesini irəlilətmək əzminin təzahürümü? Ümumiyyətlə, Ermənistan sülhə hazırdırmı, hazır deyilsə, nə vaxt hazır olacaq?..

Bu yerdə Kanadada yaşayan videobloger Albert İsakov tam haqlıdır deyəndə ki, “keçmişin ağır baqajı ilə irəli getmək və dinc perspektivlərdən danışmaq çətindir”. Bu barədə o, Bakıda keçirilən Dəyirmi Masada çıxışı zamanı bildirib.

Yəni ən əvvəl erməni faşizminin regiondakı nəticələrinin aradan qalxması, onun vurduğu yaraların sağalması üçün zamana ehtiyac var. O da bir şərtlə ki, ermənilər paralel surətdə özləri də faşizmdən, “miatsum” ideologiyasından imtina barədə düşünsünlər. Məktəblərdə hələ də tədris olunan saxta dərsliklərdən yalançı tarixlə bağlı bölmələri çıxarsınlar. Qısası, özlərinin də ağır zərbə aldıqları bir yaramaz ideologiyadan, irqçi-türkofob məfkurədən xilas olmaq istəsinlər? İstəyirlərmi?..

Heç şübhə yox ki, buna ən dəqiq və parlaq cavabı Ermənistanda yeni konstitusiya ilə bağlı baş tutacaq referendum verəcək. Hərgah fərqli düşüncədə olanlar da var. Biri elə atası yəhudi, anası erməni olan, bu yaxınlarda eks-prezident Levon Ter-Pertosyanla bağlı ilginc video-fakt paylaşan Albert İsakov.

Onun qənaətincə, revanşist hərəkat erməni cəmiyyətində dəstək tapa bilmir: “Çoxsaylı mitinq, aksiya keçirmək və s. cəhdlər olub. Amma bu, kütləvi xarakter daşımır”.

Lakin bloger hesab edir ki, sülh gündəmini reallaşdırmaq üçün “Qarabağ hərəkatına” son qoyulmalı, Ermənistan hakimiyyəti radikallara qarşı ciddi tədbirlər görməlidir. “Yeri gəlmişkən, Azərbaycanda yanlış təsəvvür yarana bilər ki, Ermənistanda revanşist hərəkatı dəstəkləyənlər çoxdur. Elə deyil. Düşünmürəm ki, Ermənistanda kimsə bu gün ölməyə, ciddi toqquşmalara hazırdır. Əgər üçüncü qüvvələrin müdaxiləsi olmasa, cəmiyyət mövcud durumdan çıxacaq. Ermənilər müharibə istəmir. Amma təəssüf ki, orada marginal insanlar var. Və azlıq çoxluğu idarə edir. Ona görə də Ermənistanda radikalizmə son qoyulmalıdır”, - İsakov fikrini tamamlayıb...

Məsələ də ondadır ki, 44 günlük müharibədən və “dəmir yumruq”dan sonra da toksik erməni azlığı nə yazıq ki, erməni çoxluğunun beynini zəhərləyə, onu tərəddüddə saxlaya bilir. O halda qardaş Türkiyəyə qarşı hələ də mifik soyqırımı ittihamı ilə yaşayıb acı gerçəyi danan, Xocalı ləkəsindən təmizlənmək istəməyən və tövbəni yaxına buraxmayan bir toplumun qonşularla sülh istəyini səmimi saymaq mümkünmü?

Və sonda. Belə obyektiv fikirlərinə görə Albert İsakov “soydaşları” tərəfindən necə vaxtdır ölümlə hədələndiyini bildirib. Bu da sizə erməni tolerantlığı. Yaxşı, həqiqəti danmaqla bu toplum görəsən hara gedir, nəyə və kimə ümid bəsləyir? Haylar gerçəkdənmi qonşularla müharibədən, konfliktdən bezib?

Elə isə sülh müqaviləsi niyə ləngiyir? Nədən sadə ermənilər, İsakovun dediyi çoxluq küçələrə axışıb iqtidardan konstitusiya dəyişikliyini tezləşdirməyi tələb eləmir, keçmişin onlara müsibətlər gətirmiş ağır mirasından qurtulmur?

Suallar, suallar...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR