İnsanlara hürriyət, millətlərə istiqlal!

YouTube Trampa milyonlarla dollar ÖDƏYƏCƏK - SƏBƏB

YouTube 2021-ci ildə Kapitoliyə hücumdan sonra ABŞ prezidenti Donald Trampın qaldırdığı iddianı həll etmək üçün 24,5 milyon dollar ödəyəcək.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

Nəşrin məlumatına görə, müqavilənin şərtlərinə əsasən, Tramp “Google”a məxsus video platformadan aldığı məbləğin 22 milyon dollarını Ağ Evdə yeni bal zalının tikintisinə yönəltməyi qərara alıb.

Qalan vəsait isə YouTube-u senzurada ittiham edən digər iddiaçılar arasında bölüşdürüləcək.

Qeyd olunur ki, oxşar razılaşmalar daha əvvəl “Meta” və “X” ilə də əldə olunub. “Meta” 25 milyon dollar, “X” isə 10 milyon dollar ödəməyə razılaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR