Onlayn ictimai-siyasi qəzet
Həftədə bir dəfə və ya daha çox kabus görən insanların vaxtından əvvəl ölüm riski üç qat daha çoxdur.
Demans Tədqiqat İnstitutu və London İmperial Kollecinin apardığı araşdırmaya görə, müntəzəm olaraq kabus görən insanların nadir hallarda və ya heç vaxt kabus görməyənlərlə müqayisədə daha tez ölürlər.
Qeyd edək ki, 19 il ərzində 8-10 yaşlı 2429 uşaq və 26-86 yaşlı 183012 böyüklərin məlumatları araşdırılıb. Məlum olub ki, tez-tez kabus görən insanlar həm də daha tez qocalırlar.
Araşdırmada uşaqlarda hüceyrə qocalmasının göstəricisi olan telomer uzunluğu ölçülüb. Daha tez-tez kabuslar görən uşaqların telomerləri daha qısa olur, bu da hüceyrə yaşlanmasının daha sürətlə baş verdiyini göstərir.
Yetkinlərdə epigenetik saat adlanan molekulyar bioloji yaş markerlərindən istifadə olunub.
Tapıntılar, yaş, cinsi və etnik mənsubiyyətindən asılı olmayaraq tez-tez kabuslar görən fərdlərdə sürətlənmiş qocalmanın ümumi olduğunu ortaya qoyur. Bu da bioloji yaşlanmanın böyüklərdə artan ölüm riskinin təxminən 40 faizi deməkdir.
Mütəəxəssislər bunun iki əsas səbəbi ola biləcəyini bildirirlər: birincisi, kabusların uzun müddətli stress hormonu kortizolun yüksək səviyyədə ifraz olunmasıdır. İkincisi, yuxu fasilələri səbəbindən bədənin gecə ərzində həyata keçirdiyi hüceyrə bərpası prosesləri kəsilir.
Beynimiz yatarkən yuxuları reallıqdan ayıra bilmir. Ona görə də kabuslar gördüyümüz zaman tərləyir, nəfəsimiz kəsilir, ürəyimiz döyünərək oyanırıq. Yalnız bu zaman yuxu olduğunu anlayırıq, amma keçirdiyimiz stress çox güclü ola bilər./Bizim.Media
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ