İnsanlara hürriyət, millətlərə istiqlal!

Z blogerlər: Kreml təbliğatının qaranlıq qolu və Azərbaycana qarşı açıq hücumun informasiya cəbhəsi

Rusiya 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğaldan sonra yalnız tank və raketlərdən istifadə etmədi. Müasir döyüş meydanının ayrılmaz tərkib hissəsinə çevrilən informasiya müharibəsində də özünəməxsus strategiya qurdu.

Musavat.com xəbər verir ki, bu strategiyanın əsas sütunlarından biri isə Z blogerlər adlanan sosial media fiqurlarıdır.

Onlar rəsmi şəkildə hərbi struktura daxil edilməsələr də, Kremlin qeyri-rəsmi ruporu rolunda çıxış edirlər. Onların əsas vəzifəsi yalnız cəbhədəki hadisələri şərh etmək deyil, həm də ictimai rəyi yönləndirmək, ölkə daxilində və postsovet məkanında ideoloji basqı qurmaq, dezinformasiya yaymaq və müxalif mövqeləri ləkələməkdir.

Rusiya Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir – Nümayəndə  heyəti göndəriləcək – Polisə.az

İndi isə bu informasiya diversantları Azərbaycana qarşı açıq hədə-qorxu dili ilə danışmağa başlayıblar. Bu gün Z blogerlərin bir neçəsi eyni vaxtda yayımladığı mesajlarda Bakının raketlərlə vurulmalı olduğunu, Azərbaycanın NATO modeli ilə davrandığını və Rusiyanın buna susmamalı olduğunu bildiriblər. Bu artıq sadəcə ritorika deyil, dövlətimizin təhlükəsizliyinə qarşı açıq-aşkar yönəlmiş sistemli, koordinasiyalı informasiya hibrid əməliyyatıdır.

Əvvəllər bu blogerlər Azərbaycana münasibətdə daha neytral görünməyə çalışır, Ermənistanla münaqişədə tərəfsiz mövqe nümayiş etdirirmiş kimi davranırdılar. Lakin 2023-cü ildən başlayaraq Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstək verməsi, Ermənistanı sülh danışıqlarına məcbur etməsi, Türkiyə ilə hərbi-siyasi müttəfiqliyini gücləndirməsi Z platformalarında aqressiv reaksiyalar doğurmağa başladı. Bu gün isə həmin ritorika ifrat mərhələyə çatıb və artıq Bakının “cəzalandırılmalı” olduğu iddia olunur.

Bu çağırışların müəllifləri konkret şəxslərdir. Onlar təkcə sosial şəbəkələrdə fəaliyyət göstərmir, bir çoxu Rusiya Müdafiə Nazirliyi, FSB və RT kimi rəsmi strukturlarla ya bilavasitə, ya da dolayı əlaqəlidir.

Kremlin yanlısı blogger Vladlen Tatarski cinayeti: Darya Trepova'ya  'terörizm' suçlaması yöneltildi - BBC News Türkçe

Vladlen Tatarski – əsl adı Maksim Fomin olan bu bloger Donbasdan hərbi reportajları ilə məşhurlaşdı. Müharibəyə romantik ideologiya qazandırmağa çalışırdı. 2023-cü ildə Sankt-Peterburqda partlayışla öldürüldü, Rusiya onu milli qəhrəman kimi təqdim etdi. Tatarskinin çıxışlarında Azərbaycan da hədəfə alınmışdı.

Semyon Pegov – WarGonzo layihəsinin rəhbəridir. Donbas, Mariupol, Xerson və digər bölgələrdən yayımladığı video və analizlər onun Z mühitində əsas simalardan biri olmasına səbəb olub. O, Azərbaycanın guya Qərbin təzyiqi ilə Ermənistanı sıxdığını və Rusiyanın buna dözməməli olduğunu dəfələrlə vurğulayıb.

b41a62b3-c11035fac08eca4353aaf64.jpg (71 KB)

Aleksandr Kots – Komsomolskaya Pravda qəzetinin hərbi müxbiridir. Onun Azərbaycanla bağlı yazılarında bizim dövlətimiz qərəzli şəkildə NATO-ya yaxın mövqedə təsvir olunur. Zəngəzur dəhlizinin açılmasının Rusiya üçün təhlükə olduğunu iddia edib.

Александр Коц рассказал, как наладили работу полевой почты

Rybar kanalı – anonim şəkildə idarə olunan, lakin Kremlin təbliğat mərkəzləri ilə əlaqəsi olan bu Telegram kanalı Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan üzrə xüsusi xəritələr, hərbi təhlillər və təsdiqlənməmiş məlumatlar yayır. 2024-cü ilin sonunda Azərbaycanın Naxçıvan istiqamətində hərbi təlimlərinə dair qəsdən saxtalaşdırılmış görüntülər paylaşaraq “təxribat riski” şayiələri yayıb.

Darya Dugina: Daughter of Putin ally killed in Moscow blast

Darya Dugina – Aleksandr Duqinin qızı və ifrat millətçi bloger idi. 2022-ci ildə Moskvada avtomobilində öldürülən Dugina Azərbaycanı Türk dünyasına yaxınlaşmaqda və guya Rusiyaya arxa çevirməkdə ittiham edirdi. O, Z xəttində ideoloji simbola çevrilmişdi.

Российская поэтесса Анна Долгарева мечтает, чтобы Бутусов написал песню про  СВО на ее стихи - KP.RU

Anna Dolgareva – Rusiya ordusuna “əxlaqi dəstək” funksiyası yerinə yetirən qadın blogerlərdən biridir. Onun yazılarında Azərbaycan əleyhinə tez-tez qısqanc, təhqiredici ritorika müşahidə olunur.

Bu şəxslərin hər biri son günlərdə birbaşa və ya dolayı yolla Azərbaycana qarşı informasiya hücumunu intensivləşdirib. Məqsəd aydındır – ictimai rəyə təsir edərək Kremlin mümkün sərt addımlarına zəmin yaratmaq, hibrid qorxu effekti yaratmaq və Azərbaycanın beynəlxalq imicini zədələmək. Z blogerlərin dili rəsmi Moskvanın danışa bilmədiyi dili əvəz edir. Onlar Kremlin sözünü xalq adı ilə deyir, dövlət mövqeyini xalq reaksiyası kimi təqdim edirlər.

Bu gün Bakının bombalanmasını təklif edən bir rus bloger təkcə virtual qəzəb nümayiş etdirmir. O, Rusiya ordusunun bir seqmentinin düşüncə kodlarını ifadə edir. Bu təhdidlər arxasında siyasi və strateji mesajlar dayanır. Azərbaycanı sərhədlərindən kənarda müstəqil və suveren siyasət yürütdüyü üçün cəzalandırmaq istəyənlər bu ritorikanı gündəmdə saxlayırlar.

Bu səbəbdən Z blogerlərin fəaliyyəti sadəcə təbliğat deyil, Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş bir riskdir. Onların təhdidləri hüquqi və diplomatik müstəvidə beynəlxalq qurumların diqqətinə çatdırılmalıdır. Rusiya bu çağırışlara səssiz qalırsa, bu, onun həm informasiya təxribatına, həm də gələcəkdə mümkün fiziki təhdidlərə göz yumması kimi qiymətləndirilməlidir.

Azərbaycan bu ritorikaya susmamalı, Z blogerlərin adlarını və çağırışlarını sənədləşdirərək beynəlxalq tribunalara təqdim etməlidir. Onların dəstəklədiyi, qızışdırdığı və yönləndirdiyi hücumlar təkcə sözlərdən ibarət deyil. Onlar sabahkı mərmilərin informasiya sətirləridir. Bu sətirlər partlamadan qabaq onların müəlliflərini tanımaq və ifşa etmək bizim hüququmuz yox, borcumuzdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR