Onlayn ictimai-siyasi qəzet
Zaxarova: Rusiya və Azərbaycan üçün dostluq münasibətləri son dərəcə önəmlidir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya ilə Azərbaycan arasında münasibətlərin pozulmasına çalışanlara xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, iki xalq arasında dostluq münasibətləri olduqca əhəmiyyətlidir və bu münasibətləri zədələmək istəyənlər atdıqları addımların nəticələri barədə ciddi düşünməlidirlər.
“Bu vəziyyətdən istifadə edərək əlini qızdırmaq istəyənlər az deyil. Amma qoy yaddan çıxarmasınlar ki, yandıra da bilərlər. Çünki bizim üçün, düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları pozmaq istəyənlər nə etdiklərini yaxşıca düşünməlidirlər”, – deyə Zaxarova bildirib.
O, həmçinin əlavə edib ki, bu cür cəhdlərin qarşısında ehtiyatlı olmaq lazımdır və münasibətlərin qorunması hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ