İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhlə bağlı SON DƏQİQƏ: Zelenski HAZIRDIR - Gözlər Kremldə!

ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Ukrayna 30 günlük qeyd-şərtsiz atəşkəsə razılaşarsa, Rusiya ilə birbaşa sülh danışıqlarına hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı 15 dəqiqəlik söhbətin məzmunu ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Zelenski və Avropa liderləri Trampa deyiblər ki, əgər atəşkəslə bağlı razılıq əldə olunarsa, Ukrayna Rusiya ilə birbaşa sülh danışıqlarına başlamağa hazırdır.

Zelenski və Avropa liderləri qeyd ediblər ki, Kiyev mayın 12-dən, bazar ertəsindən etibarən quru, hava və dənizdə döyüş əməliyyatlarının tamamilə dayandırılmasına hazırdır. Razılıq əldə olunarsa və effektiv beynəlxalq monitorinq olarsa, tərəflər növbəti mərhələyə - danışıqlar prosesinə keçə bilər.

Həmçinin Trampa bildirilib ki, əgər Vladimir Putin 30 günlük atəşkəsə razı olmazsa, Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Mənbələrdən biri bildirib ki, Tramp Ukraynanın atəşkəsə və birbaşa danışıqlara razı olmasından məmnun qalıb. Digər mənbə isə qeyd edib ki, Tramp təşəbbüsünün bütün liderlər tərəfindən dəstəklənməsinə sevinib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR