Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası tərəfindən təqdim olunan atəşkəs memorandumu ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Zelenski sənədi “ultimatum” adlandıraraq, onun nə Ukrayna, nə də beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməyəcəyini bildirib:
“Bu sənəd – sadəcə bir anlaşılmazlıqdır. Rusiya bunu ultimatum formasında təqdim edir və belə sənədlər beynəlxalq hüquqa ziddir, heç bir real dəyəri yoxdur”.
Zelenski bildirib ki, Rusiya hələ də Ukraynanın təqdim etdiyi atəşkəs sənədinə cavab verməyib. Prezident Moskvanın memorandumdakı ilk bəndinin tamamilə qəbuledilməz olduğunu vurğulayıb:
“Birinci bənd onların işğal etdikləri ərazilərin beynəlxalq səviyyədə tanınmasını tələb edir. Bu, BMT Nizamnaməsinə, sağlam məntiqə və Ukrayna Konstitusiyasına ziddir. Bu, Putinə mükafat vermək cəhdidir”.
Ukrayna lideri həmçinin memorandumdakı ikinci bənd – Ukraynanın neytral statusda qalması və NATO-ya qoşulmaması məsələsinə də münasibət bildirib:
“Rusiya 2014-cü ildə bizə hücum etdi – o vaxt bizim neytral statusumuz vardı. Bu fakt bir daha göstərir ki, onların məqsədi neytrallıq yox, Ukraynanın işğalıdır”.
Zelenskinin sözlərinə görə, Rusiya bu cür şərtlərlə atəşkəs istəmək adı altında sadəcə Ukraynanın suverenliyini yox etmək planlarını rəsmiləşdirməyə çalışır.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ