İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampa cavab verdi: “Uşaq dalaşı deyil, ölüm savaşıdır”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın "ABC News" kanalına müsahibəsində Rusiya ilə müharibəyə dair sərt ifadələr işlədib.

Musavat.com xəbər verir ki, Zelenski bu sözləri  prezident Donald Trampın müharibəni "uşaq dalaşına" bənzətməsinə cavab olaraq deyib.

“Biz parkda oynayan uşaqlar deyilik. Putin həmin parka gəlib, uşaqları öldürmək üçün. Məsələ Trampda deyil, məsələ minlərlə mil uzaqda olan və bu ağrını tam hiss edə bilməyən hər bir insandadır,” – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, uzaqdan vəziyyətin emosional və real yükünü dərk etmək çətindir, amma müharibənin ağrısını yaşayan ukraynalılar üçün bu, təkcə geopolitik məsələ deyil, həm də həyatlar və ailələr üzərində real təhdiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR