Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski təsdiqləyib ki, Rusiya ilə danışıqların davam etdirilməsi üçün İsveçrə mümkün məkanlardan biri kimi nəzərdən keçirilir.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna lideri mətbuata açıqlama verib.
Zelenskinin sözlərinə görə, Rusiya danışıqlar üçün Belarus ərazisini təklif edib. Lakin Kiyev bu təklifi rədd edib: “Oradan bizə raketlər atılıb, oradan Rusiya qoşunları hücuma keçib. Bu səbəbdən Belarus neytral tərəf kimi qəbul edilə bilməz”.
Ukrayna tərəfi isə danışıqların Türkiyə, Vatikan və İsveçrə kimi neytral platformalarda aparılmasına razıdır.
Qeyd edək ki, İsveçrə bundan əvvəl də bir neçə beynəlxalq sülh təşəbbüsünə ev sahibliyi etmiş ölkə kimi tanınır. Danışıqların tarixi və formatı barədə isə yaxın günlərdə əlavə açıqlamaların veriləcəyi gözlənilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ