Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun gecə saatlarında Ukraynaya genişmiqyaslı hücumu ciddi rezonans doğurub.
Musavat.com xəbər verir ki, prezident Volodimir Zelenski son zərbələri “göstəriş xarakterli” adlandıraraq, Moskvanın cəzasızlıq mühitində hərəkət etdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya bu dəfə ümumilikdə 526 zərbə vasitəsi tətbiq edib – 500-dən çox kamikadze dronu və 24 raket. Prezidentin açıqlamasına əsasən, hücumların əsas hədəfi enerji obyektləri, mülki infrastruktur və mühüm nəqliyyat qovşağı olub.
“Putin açıq şəkildə cəzasızlığını nümayiş etdirir. Buna qarşı güclü təzyiq mexanizmlərinin zəruriliyini yaxın günlərdə tərəfdaşlarla müzakirə edəcəyik. Bir neçə saatdan sonra Danimarkada, Ukrayna–Şimal və Baltik ölkələri sammitində mövqeyimizi ortaya qoyacağıq. Axşam isə Fransada ikitərəfli görüşdə koordinasiyanı gücləndirəcəyik”, – Zelenski vurğulayıb.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ