İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən yeni maraqlı bəyanat

Amerikalılar bizdən xahiş etmişdi ki, Rusiya enerji obyektlərini vurmayaq, amma Moskva yenə dinc infrastrukturumuzu hədəf aldı

Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında səsləndirib.

Zelenski bildirib ki, bu gün Ukrayna xilasediciləri Rusiya ordusunun Poltava vilayətinə və Kremençuq şəhərinə endirdiyi raket zərbələrinin nəticələri ilə mübarizə aparıblar:

“Bu, tamamilə alçaqcasına düşünülmüş, mülki – xüsusilə enerji infrastrukturumuza qarşı yönəlmiş kombinə olunmuş bir hücum idi. Ruslar qanadlı, ballistik və aerobalistik raketlərdən, eləcə də İran istehsalı olan ‘Shahed’ dronlarından istifadə ediblər.”

Prezidentin sözlərinə görə, çoxlu sayda raket və pilotsuz aparat Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, xəsarət alan olmayıb, lakin enerji infrastrukturuna ziyan dəyib.

Zelenski vurğulayıb ki, bu hücum beynəlxalq ictimaiyyətin sülhə nail olmaq səylərinə qarşı “rus təhqiri”dir:

“Bu hücum Putinlə Tramp arasında telefon danışığından sonra, ABŞ-ın bizə ‘Rusiyanın enerji obyektlərini vurmayın’ deyə xahişindən sonra baş verdi. Putin isə indi özünü guya Yaxın Şərq üzrə vasitəçi kimi göstərmək istəyir və Tehrandakı tərəfdaşlarına kömək etməyə çalışır. Bu, son dərəcə cılız və riyakarlıq dolu davranışdır,” – deyə Ukrayna Prezidenti əlavə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR