Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi artıq Ankarada yerə enib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Günün ikinci yarısında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir. Görüş başa çatdıqdan sonra Zelenskinin mətbuat qarşısına çıxaraq açıqlama verəcəyi bildirilib.
Enişdən sonra açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara gələn nümayəndə heyətini səlahiyyətsiz hesab etdiyini bildirib.
Xatırladaq ki, əvvəlki məlumatlara əsasən, bu görüşdən sonra Zelenskinin hazırda İstanbulda olan Rusiya nümayəndə heyəti ilə mümkün danışıqlarla bağlı növbəti qərarını verəcəyi ehtimal olunur.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ