İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabişvilinin evinə GÜLLƏ ATILDI - Yaralananlar var

Bu gün səhər saatlarında Köhnə Tiflisdə, Qudiaşvili meydanının yaxınlığında, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin evinin qarşısında atışma baş verib.

Musavat.com xəbər verir ki, bu barədə sabiq prezident özü "Facebook" səhifəsində bildirib.

Zurabişvili paylaşımında qeyd edib ki, ümumilikdə səkkiz dəfə atəş açılıb və güllələrdən biri onun evinin həyətinə düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Onun sözlərinə görə, saat 04:20 radələrində bir neçə şəxsin iştirak etdiyi kütləvi dava baş verib. Davanı qışqırıqlar müşayiət edib və sonu atışma ilə bitib.

“Bu gecə pəncərəmin qarşısında baş verənlər düşündürücüdür... Söhbət artıq təkcə mənim şəxsi təhlükəsizliyimdən yox, bütün şəhərin təhlükəsizliyindən gedir”, — deyə Zurabişvili yazıb.

O, güllələrin düşdüyü yerləri göstərən fotoları da paylaşıb və bir daha xatırladıb ki, artıq dövlət mühafizəsindən məhrum edilib.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər arasında münaqişə baş verib və bu zaman iki nəfər odlu silahla yaralanıb. Nazirliyin məlumatına görə, şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib və onun tutulması istiqamətində tədbirlər görülür.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR