İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın GÜNDƏLİYİ: bir görün, nələr olur…

Tarix yalnız keçmişin salnaməsi deyil, həm də bugünün kodlaşdırılmasıdır. Aprel - “Konstitusiya və Suverenlik İli”nin dördüncü ayı çərçivəsində Azərbaycan Respublikasının iç və dış gündəliyinin dinamik iç-içəliyi baxımından müstəsna önəm daşıyır. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən hər bir tədbir, görüş, səfər və açılış, əslində Azərbaycanın geosiyasi və sosial-iqtisadi xəritəsində yeni suverenlik xətləri çəkir.

Aprel ayının simvolik ritmini “Böyük Qayıdış” proqramı diktə etdi. Hər gün (bəli, hər gün!) azad olunmuş torpaqlara ailələrin, həyatların qayıtdığına, oraların şen olduğuna tanıq oluruq. Bu, sadəcə köç deyil – mədəni dirçəliş, milli yaddaşın canlanması, əraziyə şad ruhun dönməsi sürəcidir. Ağalıdan Talışa, Laçından Xocalıya… uzanan bu sürəc, Azərbaycanın suveren iradəsinin əməli sübutudur. Üstəlik, ölkənin siyasi partiyalarının dünən Laçına səfəri təşkil olundu və bu da, ayrı bir məhəbbət doğurur.

LACİN EN SON.jpeg (165 KB)

Qarabağ və Gündoğar Zəngəzurdakı irimiqyaslı tikinti-quruculuq, abadlıq və “Böyük Qayıdış” proqramı respublikamızın digər bölgələrinin iqtisadi, sosial-mədəni inkişafı ilə bərabər aparılması ilə bir başqa məhəbbət yaradır. Prezidentin Sumqayıt və Qusar səfərləri çərçivəsində açılan yeni məktəblər, sənaye müəssisələri və sosial obyektlər, “dayanıqlı inkişaf” anlayışını sırf kağız üzərində deyil, konkret həyat səviyyəsində reallaşdırır. Bu, suverenlik təkcə ərazidə yox, təhsil, səhiyyə və rifah sistemlərində də bərqərar olur deməkdir.

Aprel diplomatik aktivlik baxımından da məhsuldar keçdi. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına möhtəşəm səfəri, Azərbaycanın Qlobal Güney – Gündoğar Asiya – Orta Dəhliz üçbucağında necə uslu davrandığını bir daha göstərdi. Bu səfər təkcə iqtisadi işbirliyinin yox, həm də sivilizasiya tərəfdaşlığının başlanğıcı yaxud yeni keyfiyyətidir.

CİNE.jpg (181 KB)

Çindən öncə baş tutan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə ilə müttəfiqlik strategiyasının dərinləşməsi, KKTC-yə Azərbaycanın xəlqi məhəbbətinin və dövlət dəstəyinin təzələnməsi, başqa coğrafiyalara (necə deyərlər) yeni anlamlar qazandırılması və s. həm Türk dünyası, həm də NATO–Avrasiya geosiyasi bucağında Azərbaycanın yerini möhkəmləndirdi.

Rəisi-Cümhur Məsud Pezeşkianın Azərbaycan Respublikasına ilk və uğurlu səfəri, Tehran-Bakı gərginlik dönəminin arxada qaldığını, praqmatik və infrastruktur yönümlü yeni işbirliyi səhifəsinin açıldığını göstərdi. Arazın qıyısında deyil, xoş niyyətin sınırında yeni bir körpü salındı bu səfərlə.

PEZES.jpg (116 KB)

İsrailin baş naziri Netanyahunun Azərbaycana gözlənilən səfəri isə sınırötəsi (cross-border) təhlükəsizlik, texnologiya və diplomatik şəbəkələrin daha da güclənəcəyinə işarədir. Azərbaycanın müxtəlif qütblərlə eyni vaxtda strateji bağlar qurması, onun dəngələşdirilmiş, amma prinsipial diplomatiyasının göstəricisidir.

Ayrıca, qarşı günlərdə, qardaş Türkiyənin Cümhurbaşqanı Ərdoğanın səfəri də gözlənilir və Netanyahu - Ərdoğan görüşü olacaqsa, o görüş üçün üçün ən uyğun ünvan Bakı olmayacaqsa, bəs hara olacaq?..

Bakıda keçirilmiş Qlobal Güney Forumu, Azərbaycanın artıq təkcə regional deyil, qlobal moderasiya mərkəzinə çevrildiyini sübut etdi. Bu Forum, inkişaf etməkdə olan ölkələrin səsini eşidən və onları platformaya çevirən dövlətçilik missiyasının bir formasıdır. Gündoğar-Günbatar qiyaslama, qarşıdurma və qovuşma, işbirliyi mövzularının yanında yeni geofəlsəfi baxış yüksəlir… Ayrıca, burada Qlobal Quzeyin diktəsi deyil, Güneyin təşəbbüsləri və dialoq bacarığı əsas səhnədə idi.

Beləliklə, Aprel ayı göstərdi ki, müstəqil və qalib Azərbaycanın dövlətçiliyi artıq reaktiv yox, proaktiv və planlı strateji ardıcıllıq mərhələsindədir. Yəni, olaylar baş verdikdən sonra reaksiya verən, müdaxilə edən - təsirə cavab verən yanaşma yox, olaylar baş verməzdən öncə (qabaqlayıcı) tədbir görən, işi vaxtında planlayan və təşəbbüs göstərən yanaşma qüvvədə, yürülükdədir. Konstitusiya ilə tənzimlənmiş bu suverenlik dövrü, özünü həm sosial yaşamın mikrosəviyyəsində, həm də dünya diplomatiyasının makrosəhnəsində təsdiqləyir.

Göründüyü kimi, Azərbaycanın gündəliyi – sadəcə təqvimdəki olayların ardıcıllığı deyil. Bu, milli iradənin, siyasi uzaqgörənliyin və dövlətçilik sinxronluğunun gündəlik ritmidir. Bu gündəliyi izləyənlər gələcəyin xəritəsini oxuyur… Yazanlarsa – onu qurur!

Başa çatmaqda olan ayın bu son günü həmçinin “ADNA terroru”nun növbəti ildönümüdür.

ADNA SON.jpg (243 KB)

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradıldığı gün olaraq da əlamətdardır! Sırağagün isə Azərbaycanın bolşevik işğalının 125-ci ildönümüydü. - Gedib və bir daha gəlməyəcək! Şəhidlər ölmədi, Vətən bölünmədi!

Bütün dönəmlərdəki və hər yerdəki şəhidlərimizi dərin sayğılarla yad edir, ölkəmizə, ordumuza, xüsusi təyinatlılarımıza güc-qüvvət diləyirəm!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

30 Aprel 2025

29 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

21 Aprel 2025

17 Aprel 2025

12 Aprel 2025

09 Aprel 2025

31 Mart 2025

29 Mart 2025

27 Mart 2025

20 Mart 2025

08 Mart 2025

06 Mart 2025

05 Mart 2025

01 Mart 2025

28 Fevral 2025

25 Fevral 2025

24 Fevral 2025

18 Fevral 2025

11 Yanvar 2025

10 Yanvar 2025

08 Yanvar 2025

05 Yanvar 2025

04 Yanvar 2025

03 Yanvar 2025

02 Yanvar 2025

01 Yanvar 2025

29 Dekabr 2024