İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvani Bakıda…

Bu günlərdə Bakının Nərimanov rayonunda bir küçəyə Mirzə Qədim İrəvaninin adı verildi…

Adını eşidəndə, zaman bir anlığa dayandı sanki… Qəlbimdə dərin bir kövrəklik, yaddaşımda isə bir səssiz ziyarət başladı – İrəvana, keçmişə, itirilmişə və əslində heç vaxt itirilməyənə doğru…

Mirzə Qədim İrəvani – sənətimizin klassik yaddaşı, ruhu fırçaya köçürən bir irfan adamı… Tam adı ilə – Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani (میرزا قدیم ایروانی; Мирза Кадым Мамед-Гусейн оглы Эривани; Միրզա Ղադիմ Իրեւանով) – 1825-ci ilin qışında doğulmuşdu. Doğulduğu şəhər o zaman Qacarlar dövlətinin bir hissəsi idi. Vəfat etdiyi 1875-ci ildə isə İrəvan Çar Rusiyasının tərkibindəydi;

bu gün isə İrəvan (Baştutmamış dövlət - Unconsolidated State - Несостоявшееся государство) Ermənistan Respublikasının paytaxtı statusunu daşıyır…
Amma onun fırçası zamanın sərhədlərini tanımadı – o, öz dövrünü keçib, gələcək nəsillərə gözəlliyin, zərifliyin, Azərbaycan ruhunun tablosunu bəxş etdi…

Əlbəttə, İrəvani kimi bir sənətkar birdən-birə meydana çıxmır - o, bir irsə, mühitə, gələnək və təcrübəyə əsaslanır.

Onun adı ilə bağlı bir küçənin açılması sadəcə inzibati akt deyil – bu, yaddaşın təzələnməsi, bir ruhun yenidən danışmağa başlamasıdır. Bu gün o küçə – Qərbi Azərbaycan İcmasının da yerləşdiyi ünvanda – təkcə İrəvaniyə deyil, bütün İrəvana, oradakı sənətə, mədəniyyətə, yaddaşımıza açılan bir qapı kimidir.

Mirzə Qədim təkcə portretlər çəkmirdi – o, millətin portretini çəkirdi. Ornamentlərə sadə naxışlar deyil, ruhun incə ritmlərini hopdururdu. Hər bir rəngdə, hər bir xəttdə İrəvanın nəfəsi duyulurdu – o İrəvan ki, bu gün yad bayraq altında, ən hay-haraylı günlərdə də sanki sükut içindədir…

Deyirəm,
gün gələr, o doğma şəhərdə – Mirzə Qədimin doğulub boya-başa çatdığı qədim İrəvanda – onun adına bir küçə açılar... Bəlkə həmin vaxt tarix o şəhərdə xeyli rahat soluq ala, ədalət öz yerini tapa..
Niyə də olmasın?..

Hələlik isə Bakıda açılan bu kiçik küçə, bizə böyük bir yaddaşın ünvanını göstərir. Bu küçəylə addımlayan hər kəs bilməlidir: burada təkcə bir ad yox, bir ruh var… və o ruh bir ulusun ulu ruhunun özüdür...

Haqq incələr, üzülməz!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

30 Aprel 2025

29 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

21 Aprel 2025

17 Aprel 2025

12 Aprel 2025

09 Aprel 2025

31 Mart 2025

29 Mart 2025

27 Mart 2025

20 Mart 2025

08 Mart 2025

06 Mart 2025

05 Mart 2025

01 Mart 2025

28 Fevral 2025

25 Fevral 2025

24 Fevral 2025

18 Fevral 2025

11 Yanvar 2025

10 Yanvar 2025

08 Yanvar 2025

05 Yanvar 2025

04 Yanvar 2025

03 Yanvar 2025

02 Yanvar 2025

01 Yanvar 2025

29 Dekabr 2024