Onlayn ictimai-siyasi qəzet
25 milyon 370 milyon avrodan böyükmüş...
Portuqaliyanın paytaxtı Lissabon şəhərinin “Estádio da Luz” stadionunun tribunaları dünən gecə al qırmızı doluydu, qələbəyə - növbəti qələbəyə haqlı olaraq inanırdılar; üstəlik, “Benfika” oyunun başlarında birinci, az sonra ikinci qolu vurmuşdu. Belə olunca, 121 yaşlı, hələ də gücünü qoruyan şöhrətli Avropa klubu qarşısında ondan 83 il sonra qurulmuş, hazırda 38 yaşında olan, amma köklü dərdi və böyük ümidləri olan “Qarabağ” klubunun, bizim hamımızın halını düşünün… Bunlar azmış kimi, doğma şəhəri üç onillik işğaldan daha yenicə qurtulmuş bir klubdan danışırıq axı.
Amma yenə də ümid vardı:
1:2-dən sonra inama çevrilən ümid,
2:2-dən sonra isə “niyə də qalib gəlməyək?” dedirdən ümid
nəhayətdə 2:3 hesabını gətirdi.
“Köhlən atlar” “Ağ qartallar” (“As Águias”) qarşısında həm “birinci”, həm “ikinci qat”da və də hər iki hissədə savaşçı ruhuyla oynadı - oynayıb da, bir futbol dastanı yazıldı – “Benfika” 2- “QARABAĞ” 3!
Möhtəşəm bir qələbədir - bu, öz yerində - daha doğrusu, Lissabonda… ancaq bu, həm də Azərbaycan futbolunun Avropadakı dirənişinin, qürurunun, doğrulmuş ümidinin təntənəsidir! “Qarabağ” klubunun qələbə ruhu yalnız meydandakı oyunçulardan, möhtəşəm məşqçi və azsaylı tamaşaçıların energetikasından gəlmirdi – onların arxasında bir ulusun alxışı vardı.
Lissabon deyincə, ATƏT-in həmin şəhərdə 02–04 dekabr 1996-cı il tarixində keçirilmiş Sammiti yadımıza düşür. O vaxt bizimçün ərazi bütövlüyü, dövlətimizin suverenliyi ilə bağlı söz, maddə, bənd, qətnamə, imza… - hər şey önəmliydi, çox önəmliydi. Budur, ərazi bütövlüyünü, suverenliyini özü təmin etmiş ölkənin məhz “Qarabağ” adlı, məhz işğaldan azad edilmiş şəhərə aid klubu Lissabonda qələbə qazandı!
Bəli,
klub dəyəri 370 milyon € olan “Benfika” – Avropanın nəhənglərindən biri olaraq, çoxsaylı mötəbər titulların sahibi, zəngin gələnəyi ilə meydanda idi;
klub dəyəri rəqibindən ~15 dəfə az - hələlik 25 milyon € olan “Qarabağ” isə – işğal acısını yaşamış, amma ruhunu diri tutmağı bacarmış bir elin, bütövlükdə ulusun təmsilçisi, parlaq Zəfərin timsalı olaraq mübarizə aparırdı.
Və bu da parlaq sonuc – 2:3!
Kim bilir?.. - bəlkə də, dünən gecə Avropa futbolunun xəritəsində yeni bir gücün etirafı başlamış oldu – adına QARABAĞ derlər!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
17 Sentyabr 2025
15 Sentyabr 2025
27 Avqust 2025
23 Avqust 2025
22 Avqust 2025
12 Avqust 2025
01 Avqust 2025
21 Iyul 2025
19 Iyul 2025
11 Iyul 2025
05 Iyul 2025
03 Iyul 2025
29 Iyun 2025
27 Iyun 2025
26 Iyun 2025
22 Iyun 2025
19 Iyun 2025
04 Iyun 2025
28 May 2025
21 May 2025
19 May 2025
11 May 2025
08 May 2025
30 Aprel 2025
29 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025
21 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ