İnsanlara hürriyət, millətlərə istiqlal!

120 karatlıq brilyantı gömrükdən qanunsuz keçirmək istədilər- Fotolar

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Musavat.com komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120,49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

jzbBhaOq2RkiiaQ02mpJFiK2i6ANgq3A.jpg (180 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR