İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı yeniyetmə bıçaqla ticarət mərkəzində DƏHŞƏT SAÇDI - VİDEO

İstanbulda yerləşən ticarət mərkəzində baş verən hadisə böyük təşvişə səbəb olub.

Musavat.com xəbər verir ki, 15 yaşlı yeniyetmə əlində bıçaqla restorana daxil olaraq əvvəlcə müştəriləri təhdid edib. 

Daha sonra isə bıçağı öz boğazına tuşlayıb. Hadisə zamanı yaşanan gərginlik təhlükəsizlik kameralarına da əks olunub. Hadisə yerində olan insanlar böyük panika içində qışqıraraq kömək çağırıb. Restoranda olanlardan biri tez reaksiya göstərərək ətrafdakı kreslolardan birini götürüb təcavüzkara müdaxilə edib. Kreslo ilə zərbə alan yeniyetmə yerə yıxıldıqdan sonra əlindəki bıçağı atıb və təslim olub.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən saxlanılan 15 yaşlı oğlan ifadəsində psixoloji problemlərinin olduğunu bildirib. Polis bölməsində keçirilən ilkin araşdırmalardan sonra o, ədliyyəyə sövq olunub və məhkəmə qərarı ilə həbsxanaya göndərilib.

Ticarət mərkəzində baş verən təhlükəli insidentlə bağlı araşdırma davam etdirilir.

Musavat.com

avm1

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR