Onlayn ictimai-siyasi qəzet
Hindistanın qərbində yerləşən Əhmədabad hava limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təxminən 250 metr hündürlüyə çatdıqdan sonra qəfil şəkildə enməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə NDTV telekanalı Əhmədabad hava limanındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, “Boeing 787 Dreamliner” markalı təyyarə yerdən təxminən 250 metr yüksəldikdən sonra qəfildən enişə keçib. Telekanalın məlumatına görə, pilot dispetçerlərə SOS siqnalı göndərsə də, bu çağırışdan sonra təyyarə ilə əlaqə kəsilib və o, cavab verməyib.
Qəza havaya qalxandan bir neçə dəqiqə sonra baş verib. Təyyarə tibb kollecinin yataqxanasının damına çırpılıb.
Aviaqəza isti və küləksiz hava şəraitində baş verib. Havanın temperaturu 40 dərəcəni keçib.
Son məlumatlara görə, qəzaya uğrayan təyyarənin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ