İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uzak şehir"in ikinci sezonu bu gün başlayır

"Kanal D"nin rekord qıran serialı "Uzak şehir"in ikinci sezonu bu gün başlayır.

Musavat.com xəbər verir ki, çəkilişləri öncə İstanbulda, daha sonra Mardində davam edən serial 21:00-da efirə gedəcək.

Ekran işi ikinci mövsüm başlamadan anonslar ilə tamaşaçıları həyəcanlandırmağı bacarıb. Cihan ilə Alyanın yaxınlaşma səhnəsi tamaşaçılarda maraq yaradıb. Onlar serialı və Alya ilə Cihanın eşqini izləməyi səbirsizliklə gözlədiklərini bildiriblər.

Baş rol ifaçıları Sinem Ünsal və Ozan Akbaba "Yeni mövsümə bomba kimi hazırıq" deyə serial haqqında fikirlərini bölüşüb.

"Cihan" obrazı ilə rekord qıran Ozan Akbaba yayın məhsuldar keçdiyini söyləyərək, "Bizim də dincəlmək şansımız oldu. İndi yeni mövsümə bomba kimi hazırıq. İlk mövsümdə sizi təəccübləndirən bir daha təəccübləndirəcək, sizi güldürən isə yenidən güldürəcək", - deyə əlavə edib.

Sinem Ünsal "Finalda həyəcanlı bir notla ayrıldıq və ikinci sezonda daha gözəl sürprizlər var", - deyə bildirib.

"Alya" obrazı ilə rəğbət qazanan Sinem Ünsal serialın uğurunun təsadüf olmadığını vurğulayıb:
"Layihəyə əvvəldən böyük diqqət göstərildi. Həm səhnədə, həm də çəkilişdən kənarda hamı eyni vasvasılıqla çalışdı. Səmimiyyətimiz, nizam-intizamımız və ardıcıl hekayələrimiz tamaşaçılarda rezonans doğurdu".


Ozan Akbaba tamaşaçıların böyük marağından qürur duyduğunu dilə gətirib:

"Hər kəs izləyir, hamı məlumatlandırılır. Bu, məni çox sevindirdi. İctimaiyyətin reaksiyası gözəl oldu, qürur duyuram".


Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR