İnsanlara hürriyət, millətlərə istiqlal!

5 bələdiyyə sədri həbs edildi - ŞOK SƏBƏB

İstanbulda korrupsiyaya qarşı aparılan istintaq çərçivəsində yeni həbslər həyata keçirilib.

Musavat.com xəbər verir ki, Şəhər Baş Prokurorluğunun göstərişi ilə ümumilikdə 47 nəfər, o cümlədən CHP-nin keçmiş millət vəkili Aykut Ərdoğdu və bir neçə bələdiyyə rəhbəri barəsində həbs qərarı çıxarılıb.

İttiham olunanlar arasında İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Erdal Cəlal Aksoy, Qaziosmanpaşa Bələdiyyə başçısı Hakan Bağçatəpə, Avcılar rəhbəri Utku Canər Çayqara, Ceyhanın meri Qadir Aydar və Seyhanın bələdiyyə başçısı Oya Təkin də yer alır.
Onlara qarşı “rüşvət alma”, “rüşvət vermə”, “təhdid yolu ilə məcburetmə” və “saxta layihə sənədləri hazırlama” kimi ittihamlar irəli sürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR