İnsanlara hürriyət, millətlərə istiqlal!

697 ukraynalı əsir bu videoda: Putin iki slavyan xalqı görün nə günə qoyub... - VİDEO

Musavat.com xəbər verir ki, Rusiya ilə Ukrayna arasında həyata keçirilmiş növbəti genişmiqyaslı əsir mübadiləsi nəticəsində 697 ukraynalı vətəndaş – hərbçi və mülki şəxs – azadlığa qovuşub. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Məlumata görə, mübadilə “1000-ə qarşı 1000” formatında baş tutub.

Xəbər verdiyimiz kimi, 23 may 2025-ci il tarixində, Çerniqov vilayətində baş tutan bu əməliyyat nəticəsində 270 hərbçi və 120 mülki şəxs Rusiya əsirliyindən geri qaytarılıb. Azad edilənlər arasında 3 qadın və 387 kişi yer alır.

DW (Deutsche Welle) televiziyası azad olunan əsirlərin ailələri ilə görüş anlarını anbaan lentə alıb. Emosional anlarla dolu kadrlar sosial şəbəkələrdə geniş yayılıb. Ailələr sevinclə, göz yaşları ilə qarşılanan oğullarını qucaqlayıb, “Ağlama, hər şey yaxşıdır” sözləri ilə sakitləşdirməyə çalışıblar.

Görüntülərdə səhər tezdən tibbi müəssisənin qarşısında toplaşan yüzlərlə insanın – əsirlikdən qayıdanların və itkin düşənlərin yaxınlarının – həyəcanlı gözləntisi əks olunub. Əllərində əsgər şəkilləri olan plakatlarla gözləyən ailələr arasında yaşlı qadınlar və uşaqlar da var.

Bu mübadilə, Ukraynanın Rusiyadan əsir düşmüş vətəndaşlarının geri qaytarılması istiqamətində apardığı diplomatik səylərin nəticəsi kimi qiymətləndirilir. Volodimir Zelenskinin sözlərinə görə, bu proses davam etdiriləcək.

Musavat.com olaraq DW-nin təqdim etdiyi videomaterialı da sizə təqdim edirik.

Baxın, görün imperiya iddiası və Putin Ukrayna xalqını nə günə qoyub. Elə rus xalqını da...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR