İnsanlara hürriyət, millətlərə istiqlal!

AAYDA-nın şöbə rəisindən Koroğlu körpüsündəki çatlarla bağlı AÇIQLAMA - VİDEO

"Qeyd edilən əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib. Məlum oldu ki, burada hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yarada biləcək qəza amili yoxdur".

Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Süni Qurğuların İstismarı və Təmiri Şöbəsinin rəisi Asim Məmmədli deyib.

O bildirib ki, paylaşılan görüntülərdəki hissə aşırım qurğusunun konsol dayaq üzərində temperatur tikişlərinin yeridir ki, bu da konstruksiyalarda temperatur dəyişikliyinə, genişlənmə və sıxılma amillərinə şərait yaradır:

"Bununla da konstruksiyanın sərbəst işləməsinə zəmin yaradır. Hər hansı qəzalı vəziyyətdən söhbət gedə bilməz".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR