Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Abbas Bağırov paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, Əməkdar artist gəncləri sağlam həyat tərzinə səsləyib:
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir. Hər gün bizi daha yaxşı edən vərdişlərlə başlayır: sağlam qidalanmaq, idmanla məşğul olmaq, zehni və fiziki tarazlığı qorumaq. Bütün bunlar yalnız bədənimizi deyil, ruhumuzu da gücləndirir".
Abbas Bağırov gənclərə peşə seçimi ilə bağlı da məsləhət verib:
"Ən önəmlisi isə – sevdiyin işi sevərək görməkdir. Çünki ürəklə görülən iş nə yorur, nə də darıxdırır. İstər idmanda, istər sənətdə, istərsə də peşəkar fəaliyyətində – əgər işinə sevgi ilə yanaşırsansa, o sənə həyat verir. Unutma, həyat bir yoldur və bu yolun gözəlliyi – onu necə yaşadığında gizlidir. Öz ritmini tap, öz yolunu sev və hər addımını ilhamla at".
Könül
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ