İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-a idxal olunan bu məhsullara da rüsum tətbiq edildi

ABŞ prezidenti Donald Tramp ABŞ-a taxta-şalban və onlardan hazırlanan müəyyən növ məhsulların idxalına əlavə tariflər tətbiq olunmasına dair sərəncam imzalayıb.

Musavat.com Ağ Evin dərc etdiyi sənədə istinadən xəbər verir ki, malların dəyərinə mütənasib olaraq 10 faiz rüsumlar yumşaq ağaclar da daxil olmaqla, ağac idxalına tətbiq ediləcək. Bəzi mebel növlərinə, o cümlədən mətbəx mebelinə 25 faiz tariflər tətbiq olunacaq. Yeni tədbirlər oktyabrın 14-dən qüvvəyə minir. Tariflər 2026-cı il yanvarın 1-dən sonra artırıla bilər.

Qeyd edək ki, avqustun 22-də Tramp Vaşinqton administrasiyasının digər ölkələrdən ABŞ-a mebel idxalı ilə bağlı araşdırma apardığını açıqlamışdı. Bildirmişdi ki, araşdırmalardan sonra bu məhsullara tariflər tətbiq olunacaq. O, əmin olduğunu bildirib ki, “bu, mebel biznesini Şimali Karolina, Cənubi Karolina, Miçiqan və digər ştatlara qaytaracaq”.

ABŞ-a ən böyük mebel ixracatçıları Vyetnam, Kanada, Çin və Meksikadır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR