İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Sumıda yaşayış binasını VURDU: Bir ailə məhv oldu

Sentyabrın 30-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatları Sumı vilayətinin Çernetçina kəndində yaşayış binasını vurub. Nəticədə evli cütlük və onların iki azyaşlı oğlu həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə Sumı Regional Fövqəladə Hallar İdarəsinin rəisi Oleq Qriqorov məlumat verib.

Fövqəladə Hallar Dövlət Xidmətinin açıqlamasına görə, dağıntılar altından 4 nəfərin meyiti çıxarılıb.

Rus dronları Kiyev bölgəsinə də zərbələr endirib. Brovari rayonunda 1950-ci il təvəllüdlü qadın xəsarət alıb. Həmçinin yaşayış binasına, yardımçı tikililərə və avtomobilə ziyan dəyib. Lakin mühüm infrastruktur obyektləri zərər görməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR