Onlayn ictimai-siyasi qəzet
ABŞ Azərbaycandakı diplomatik nümayəndəliyinə yeni müvəqqəti işlər vəkili təyin edib.
Musavat.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsində verdiyi məlumata görə, Emi Karlo bu həftə Bakıya gələcək və fəaliyyətinə başlayacaq.
Qeyd edək ki, iyulun 1-də ABŞ-ın əvvəlki müvəqqəti işlər vəkili Uqo Gevaranın Azərbaycandakı diplomatik missiyası başa çatıb.
Yeni təyinatın iki ölkə arasında münasibətlər fonunda hansı istiqamətdə inkişaf edəcəyi maraqla gözlənilir.
Musavat.com
28 Oktyabr 2025
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ