Onlayn ictimai-siyasi qəzet
Qətər Vaşinqtondan ümumilikdə 42 milyard dollar dəyərində silah alacaq, həmçinin ABŞ-ın Əl-Udeyd aviabazasının modernləşdirilməsinə 10 milyard dollar sərmayə qoyacaq.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
“Biz Qətərin ABŞ istehsalı olan ən müasir hərbi texnikanı almaq üçün 42 milyard dollarlıq müqavilə imzaladıq. Buraya THAAD hava hücumundan müdafiə sistemləri, “Pegasus” yanacaq dolduran təyyarələr, “Desert Vipers” döyüş maşınları, MQ-9B və “Sky Guardian” pilotsuz uçuş aparatları daxildir”, – deyə Tramp Əl-Udeyd bazasında amerikalı hərbçilər qarşısında çıxışı zamanı bildirib.
Bu razılaşma təkcə müasir silahların təchizatını deyil, Vaşinqtonla Doha arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini də əhatə edir.
Hadisə Trampın 13 mayda başlayan Yaxın Şərq səfəri fonunda baş verib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ