Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazını bağlamaq planına qarşı Çindən müdaxilə etməsini tələb edib.
Musavat.com xəbər verir ki, bu çağırış İran parlamentinin strateji su yolunu bağlamağı nəzərdə tutan qanun layihəsini qəbul etməsindən sonra səsləndirilib.
Rubio bildirib ki, dünya üzrə neft və qaz tədarükünün təxminən 20%-i məhz bu boğazdan keçir və bu qərar yalnız ABŞ-a deyil, qlobal iqtisadiyyata ağır zərbə ola bilər:
“Pekindəki Çin hökumətini bu məsələdə Tehrana təsir göstərməyə çağırıram. Onlar da Hörmüz boğazından enerji tədarükündə ciddi şəkildə asılıdırlar. Əgər İran bu addımı atsa, bu, onların iqtisadiyyatı üçün intihar demək olacaq,” – deyə Rubio xəbərdarlıq edib.
ABŞ rəsmisi əlavə edib ki, Vaşinqtonun belə bir situasiyaya qarşı cavab planları mövcuddur, lakin digər ölkələr də məsələni ciddi şəkildə gündəmlərinə almalıdır. Onun sözlərinə görə, bu addım digər ölkələrin iqtisadiyyatına ABŞ-dan daha böyük zərər vuracaq.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ