Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ-da bir çox şirkətlər ofisdə davranış qaydalarını başa salmaq üçün gənc işçilər – xüsusilə “Z nəsli” nümayəndələri üçün etik davranış üzrə təlimçilər (kouçlar) cəlb edirlər.
Bu qərarın əsas səbəbi gənc nəsil işçilərin iş mühitində necə davranmalı olduqlarını bilməməsidir. Şirkət rəhbərləri bildirirlər ki, yeni nəsil əməkdaşlar tez-tez idman geyimində işə gəlir, dostları ilə videozənglər edir və rəhbərləri görməzdən gəlirlər.
Bir çox menecerlər vəziyyəti nəzarətdə saxlaya bilmədiklərindən, etik davranış üzrə mütəxəssislərə müraciət edirlər. Bu təlimçilər gənclərə göz təması qurmağın, ad nişanını hara taxmağın və işə necə geyinməyin doğru olduğunu izah edirlər.
Bəzi hallarda isə təlimçilər gənclərə şəxsi gigiyena qaydalarını belə xatırlatmalı olurlar. Bu tendensiya ABŞ-da gənc nəsil ilə korporativ mədəniyyət arasında artan ziddiyyəti bir daha gündəmə gətirib.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ