Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası mümkün nüvə razılaşması çərçivəsində İranın uranı zənginləşdirməsinə icazə verməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton İranla hərtərəfli və davamlı sülh sazişi imzalanacağına ümid edir, lakin bunun üçün Tehran tərəfindən konkret və ciddi öhdəliklər tələb olunur.
Uitkoff bildirib ki, uranın zənginləşdirilməsi məsələsi ABŞ üçün əsas qırmızı xətlərdən biridir və bu şərt razılaşma üçün danışıqların təməlində dayanır.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ