Onlayn ictimai-siyasi qəzet
Ötən gün bir qrup narazı valideyn Musavat.com-a müraciət edərək bildirib ki, bu il ABŞ universitetlərinə qəbul olunan azərbaycanlı abituriyentlər vizalarını ala bilmirlər.
Valideynlərin sözlərinə görə, övladları illərlə Amerikada təhsil almaq üçün hazırlaşıb, bütün sənədlərini tamamlayıblar, lakin indi ABŞ-nin Bakıdakı Konsulluğu F1 Akademik Tələbə Vizası üçün müraciətlərin qəbulundan imtina edir.
Sözügedən iddia ilə bağlı Musavat.com ABŞ-nin Azərbaycandakı səfirliyinə sorğu ünvanlayıb.
Səfirliyin mətbuat katibi saytımıza açıqlamasında bildirib ki, konsulluq şöbəsi tam fəaliyyət göstərir və viza müraciətçiləri ərizələrini təqdim etməyə davam edə bilərlər:
“Əvvəldən təyin olunmuş heç bir görüş ləğv edilməyib. Görüş vaxtı hələ təyin olunmayan tələbələrə tövsiyə edirik ki, əlavə boş vaxtlar üçün görüş planlaşdırma sistemini izləməyə davam etsinlər. Viza görüşlərinin planlaşdırılması prosesi və viza məlumat xidmətlərindəki son dəyişikliklər də daxil olmaqla, ən son yeniliklərlə tanış olmaq üçün zəhmət olmasa bu sayta daxil olun:
Announcements | Official U.S. Department of State Visa Appointment Service | Azerbaijan | English”.
Nigar HƏSƏNLİ,
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ