Onlayn ictimai-siyasi qəzet
ABŞ İranı Ukraynadan daha strateji və vacib hesab etməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu fikirlə amerikalı siyasi analitik Mark Sleboda çıxış edib.
Onun sözlərinə görə, artıq Ukraynaya göndərilməsi planlaşdırılan silah və texnika Yaxın Şərqə yönəldilir:
“Biz artıq müşahidə edirik ki, Kiyev rejimi üçün nəzərdə tutulan təchizatlar Yaxın Şərqə göndərilir. Bu, hələ başlanğıcdır. ABŞ-ın siyasi diqqəti indi tamamilə başqa istiqamətə yönəlib”.
Analitik qeyd edir ki, Vaşinqton bundan sonra Ukrayna münaqişəsinin ağırlığını Avropa ölkələrinin üzərinə atmağa çalışacaq. Məqsəd isə resursları və diqqəti ABŞ üçün “daha perspektivli” hesab olunan regiona – Yaxın Şərqə yönəltməkdir.
Slebodanın bu fikirləri Qərbdə Ukrayna ilə bağlı dəstəyin zəiflədiyini göstərən növbəti siqnal kimi qiymətləndirilir.
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ