İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sən ürəyimdə elə bir iz buraxmısan ki…” - Afaq Bəşirqızı Cabirdən yazdı 

Xəbər verdiyimiz kimi, Əməkdar artist, tanınmış aktyor Cabir İmanov dünyasını dəyişib. O, ötən gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında məşq zamanı qəfil infarkt keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb. Mərhum sənətçi ilə vida mərasimi bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.

Əməkdar artistin qəfil vəfatı ictimaiyyətdə böyük üzüntü ilə qarşılanıb. Sənət yoldaşları onunla bağlı xatirələrini paylaşaraq kədərlərini ifadə ediblər.

Musavat.com xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı da aktyorla bağlı paylaşım edib.

O, həmkarının ölümünə inana bilmədiyini yazıb:

"İnanmıram, Cabir... İnanmaq istəmirəm... Zəngini gözləyirəm. Gözləyirəm zəng edib deyəcəksən ki, Afaq xanım bu bir zarafatdır. Bütün zarafatlarını sevə-sevə qəbul edərdim. Bu, çox ağır oldu.

Qəbul edə bilmirəm, başa düşürsən?! İnana bilmirəm ki, aramızda yoxsan... Sən ürəyimdə, könlümdə elə bir iz buraxmısan ki, mənim üçün hər zaman əbədi yaşayacaqsan! Sözlər belə boğazımda düyünlənib qalıb.

Ruhun şad olsun, əziz insan".

Qeyd edək ki, Afaq Bəşirqızı və Cabir İmanov "Bəxt üzüyü 2" filmində rol alıblar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR