İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Ermənistana 200 milyon avro ayırır

Ermənistan və Avropa İttifaqı “Davamlılıq və artım” proqramı çərçivəsində 200 milyon avroluq maliyyə razılaşması əldə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavini Mher Qriqoryan Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə keçirilən birgə brifinqdə danışıb.

Qriqoryanın sözlərinə görə, son illərdə Ermənistan-Aİ gündəliyi xarici siyasət və təhlükəsizlik sahələrinə də genişlənib. O əlavə edib ki, əməkdaşlıq üçün yeni imkanlar 2024-cü ilin aprelində Brüsseldə imzalanmış üçtərəfli bəyanat (Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında), həmçinin 8 avqustda Vaşinqtonda paraflanmış Ermənistan-Azərbaycan sülh sazişi ilə yaranıb.

“Bütün bunlar kommunikasiyaların açılması və “Sülh kəsişməsi” təşəbbüsünün həyata keçirilməsi üçün perspektivlər yaradır. Görüşlərdə həmçinin vizaların liberallaşdırılması prosesinin əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalması qeyd olundu və bu sahədə proqramlar təsbit edildi”, - deyə Qriqoryan vurğulayıb.

Öz növbəsində Marta Kos bildirib ki, kommunikasiyaların açılması kontekstində Avropa İttifaqı Ermənistanda əsas infrastrukturun inkişafına da sərmayə yatırmağa hazırdır. O, bunu Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsinin məqsədləri ilə uyğun hesab etdiyini deyib. 

Şahanə Rəhimli
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR