İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qırıcıları Estoniya hava məkanını pozdu – NATO F-35-ləri havaya qalxdı

Rusiya üç “MiQ-31” döyüş təyyarəsi Vaindloo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olaraq orada təxminən 12 dəqiqə qalıb.

Musavat.com xəbər verir ki, Reuters Avropa və NATO mənbələrinə istinadən bildirib ki, təyyarələrin uçuş planı olmayıb, transponderləri söndürülüb və Estoniya hava nəzarəti ilə ikitərəfli radio əlaqəsi olmayıb.

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağıraraq hava məkanının pozulması ilə bağlı etirazını diplomatik nota şəklində təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR