Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın “New York Times” qəzetinə qarşı qaldırdığı 15 milyard dollarlıq iddia rədd edilib.
Musavat.com xəbər verir ki, ABŞ-ın federal hakimi Trampın iddiasını “əsassız” adlandıraraq məhkəmə baxışına buraxmayıb.
Hakim qərarında bildirib:
“Şikayət – nə ictimaiyyətlə əlaqələr üçün bir megafondur, nə siyasi mitinqdə emosional çıxış üçün tribunadır, nə də Hayd-parkdakı ‘oratorlar guşəsinin’ funksional ekvivalentidir”.
Qeyd edək ki, Tramp iddiasında “New York Times”ın onun barəsində “səhv və böhtan xarakterli” məlumatlar dərc etdiyini iddia edirdi.
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ