İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT QİÇS-lə mübarizəni dayandırır - 30 illik mübarizə risk altındadır

Musavat.com xəbər verir ki, 2026-cı ilə qədər İİV/QİÇS-lə mübarizə üzrə qlobal proqram — UNAIDS maliyyə çatışmazlığı səbəbindən bağlana bilər. Əsas səbəb kimi ABŞ-ın prezident Tramp dövründə bu sahəyə yardımı azaltması göstərilir.

BMT Baş katibi Antoniu Quterrişin planına əsasən, UNAIDS-in funksiyaları BMT-nin digər qurumlarına ötürüləcək. Təşkilatda kütləvi ixtisarlar gözlənilir — yaxın vaxtlarda 55% əməkdaşın işdən azad olunacağı, tam bağlanmanın isə 2027-ci ilə planlaşdırıldığı bildirilir.

UNAIDS təxminən 30 illik fəaliyyəti ərzində mühüm nəticələr əldə edib: 2010-cu ildə 1,3 milyon olan illik ölüm sayı 2023-cü ildə 630 minə qədər azaldılıb. Lakin yoluxmuşların təxminən dörddə biri hələ də müalicəyə çıxış imkanından məhrumdur, bəzi regionlarda isə yeni yoluxma halları artır.

Ekspertlərin fikrincə, proqramın bağlanması qlobal epidemiya ilə mübarizədə ciddi geriyə addım olacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR