İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 300 milyardı Ukraynaya belə veriləcək: Moskvanı dəli edəcək mexanizm hazırlanıb

Ukrayna Rusiyanın aktivlərinin birbaşa müsadirəsi olmadan 300 milyard dollar maliyyə vəsaiti ala bilər. Musavat.com Reuters-ə istinadən xəbər verir ki, pul müdafiə və büdcə kəsirinin ödənilməsi üçün istifadə olunacaq.

Agentliyin qeyd etdiyinə görə, 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb siyasətçiləri Rusiyanın dondurulmuş aktivlərindən necə istifadə etmək barədə müzakirələr aparırlar. Avropa Komissiyası beynəlxalq ekspertlərin təklif etdiyi reparasiya krediti konsepsiyasını dəstəkləyib.

Mexanizm “Rusiya dəymiş ziyanı ödəməlidir” prinsipinə əsaslanır. Ukraynaya Aİ zəmanəti altında 300 milyard dollarlıq kredit ayrılacaq. Ukrayna krediti yalnız Moskvanın təzminat ödədiyi halda ödəyəcək. Rusiya bundan imtina edərsə, kredit onun dondurulmuş vəsaitləri hesabına silinəcək.

Müharibə başlayandan bəri G7 ölkələri Rusiya Mərkəzi Bankının əlində olan təxminən 300 milyard dollar aktivləri dondurub. Bunların əksəriyyəti Belçikada yerləşir. Aktivlərin tam müsadirə edilməsi ideyası Almaniya, Fransa və Belçikanın müqaviməti ilə qarşılaşıb. Buna görə də təzminat krediti daha qanuni bir alternativ kimi görünür.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR