Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketinə veto qoymaması üçün Macarıstana təxminən 550 milyon avroluq subsidiyaların yolunu açmağı planlaşdırır. Musavat.com xəbər verir ki, məlumatı Financial Times (FT) mənbələrə istinadən yayıb.
Nəşrin məlumatına görə, yeni məhdudiyyətlər paketini yekdilliklə təsdiqləmək üçün Aİ əvvəllər sanksiyalar paketinə qarşı olduqlarını bildirən Macarıstan və Slovakiyanın potensial vetosunu ləğv etməli olacaq.
2022-ci ildə Aİ özünün birləşmə fondlarında Macarıstan üçün nəzərdə tutulan təxminən 22 milyard avronu dondurub. Bu fondların məqsədi Aİ ölkələri arasında iqtisadi bərabərsizliyi yumşaltmaq və ayrı-ayrı AB üzv dövlətlərində infrastruktur, təhsil və sosial layihələrə sərmayə qoymaqdır.
Brüsselin izahatına görə, maliyyənin dondurulması Viktor Orban hökumətinin Aİ qanunvericiliyinin, ilk növbədə, Macarıstanda məhkəmə islahatları, onun sərt immiqrasiya siyasəti və ayrı-ayrı universitetlərə təzyiqlərlə bağlı müəyyən müddəalarını pozması ilə əlaqədar olub. Vəsaitlərin bir hissəsi sonradan blokdan çıxarılıb, lakin böyük məbləğdə maliyyə Budapeşt üçün əlçatmaz olaraq qalır.
Musavat.com
20 Sentyabr 2025
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ